Xankəndində “BEKO”nun reklam lövhəsi məsələsi araşdırılır

Gündəm Xəbər" qəzeti  Xankəndində məşhur türk firmasının reklam  lövhəsinin olduğunu xəbər verib.  Belə ki, BEKO şirkətinin reklam lövhəsi qondarma Dağlıq Qarabağ Respublikasının "paytaxtı" Xankəndində yerləşdirilib.  Xarici İşlər Nazirliyinin rəsmisi Elman Abdullayev məsələ ilə bağlı "OLAYLAR"a bildirib ki, bu barədə  məlumatları var və hazırda xəbərin doğru olub-olmadığı araşdırılır: "Bu məsələ ilə bağlı bir neçə sual daxil olub. Hazırda məsələ araşdırılır və ətraflı məlumat veriləcək".   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00