Bakıda Misir mədəniyyət günləri keçiriləcək

2014-cü ilin 17 may tarixində AR-ın Misirdəki səfiri Ş.Abdullayev Misirin geniş tamaşaçı auditoriyasına malik olan "Nil Əl-Əxbar" televiziya kanalına müsahibə vermişdir.

Ş.Abdullayev Azərbaycan haqqında danışaraq, ölkənin tarixi keçmişi barədə məlumat vermiş və Azərbaycanın qlobal problemi sayılan Dağlıq Qarabağ münaqişəsindən söz açaraq, Azərbaycanın 20% torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından çıxarıldığını qeyd etmiş, BMT TŞ tərəfindən 1993-cü ildə qəbul olunmuş dörd qətnamənin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini və bununla bağlı beynəlxalq təşkilatlar tərəfindən Ermənistana qarşı heç bir sanksiyanın tətbiq olunmadığını vurğulamışdır. 

Bundan başqa, səfir sözügedən münaqişə ilə bağlı Ermənistan tərəfinin münaqişənin indiyədək həll edilməməsi ilə bağlı Azərbaycana qarşı irəli sürdüyü ittihamlara aydınlıq gətirərək, Ermənistan tərəfinin BMT-in məlum dörd qətnaməsini indiyədək yerinə yetirmədiyini və Azərbaycanın 20% torpaqlarını hələ də işğal altında saxladığını və sülh danışıqlarına riayət etmədiyini bildirərək, Azərbaycan tərəfinin işğal altında olan öz tarixi torpaqlarını azad etmək üçün münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu, lakin AR-ın BMT nizamnaməsi əsasında digər altrernativ yollardan istifadə etmək hüququna malik olduğunu diqqətə çatdırmışdır. OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00