Moskvada Azərbaycan tarixçisinin əsəri nəşr edilib

Tanınmış tarixçi alim, professor Musa Qasımlının "Anadolu və Cənubi Qafqaz 1724-1920-ci illərdə: tarixi gerçəklik axtarışında" adlı irihəcmli monoqrafiyası Moskvda Mədəniyyət Fondunun "İNSAN" nəşriyyatında nəşr edilib. Əsərdə Rusiya, Gürcüstan, ABŞ, Böyük Britaniya, Türkiyə, Azərbaycan arxiv materialları və digər mötəbər mənbələr əsasında  çarizmin isti dənizlərə enmə strategiyası və ermənilər, "erməni məsələsi"nin süni surətdə meydana çıxarılması, 1905-1906-cı illərdə baş verən qırğınlarda Daşnaksütyunun "Böyük Ermənistan" qurulması üçün çalışması,  İraliya-Türkiyə və Balkan müharibələrindən yararlanma cəhdləri, Birinci Dünya müharibəsi illərində  silahlı dəstələrin hazırlanması və fəaliyyətləri, İttihad və Tərəqqi hökunmətinin təklükəsizlik tədbirləri, Rusiyada Fevral inqilabından sonra Anadluda və Cənubi Qafqazda şərait, Cənubi Qafqazda, o cümlədən Bakıda 1918-ci ilin martında törədilən soyqırım təkzibedilməz fakt və sənədlər əsasında şərh və təhlil edilir. İstifadə edilən mənbələrin əksəriyyəti elmi dövriyyəyə ilk dəfə gətirilib. Xarici ölkələrin arxivlərindən götürülərək monoqrafiyada istifadə edilən  fotoşəkillər diqqəti cəlb edir. OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00