Azərbaycanda 250 Ukrayna vətəndaşı səs verəcək
22 May 2014 13:25 SiyasətMayın 25-də Ukraynada keçiriləcək prezident seçkilərində Azərbaycanda yaşayan 250 Ukrayna vətəndaşı səs verəcək. Ukraynanın Azərbaycandakı səfirilyinin konsulluq şöbəsindən Modern.az-a verilən məlumata görə, Azərbaycandakı Ukrayna vətəndaşlarının sayının dəqiqləşdirilməsi bu gün tam başa çatacaq: "Bu gün seçici siyahısının müəyyənləşdirilməsi üçün sonuncu gündür. Seçici siyahısı Azərbaycanda qeydiyyatda olan təxminən 250 Ukrayna vətəndaşından ibarətdir".
Xatırladaq ki, mayın 25-də Ukraynada keçiriləcək prezident seçkiləri səbəbilə Ukraynanın Azərbaycnadakı səfirilyində seçki məntəqəsi təkşil olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00