“Qarabağ ətrafındakı diplomatik fəallığın mənası var” - AÇIQLAMA
Zahid Oruc: “Real hərb planlarını ortaya qoymaq və danışıqlarda bu mövqeni birmənalı tutmaq gərəkdir”
22 May 2014 13:06 Siyasət"Son günlərdə, xüsusilə Qərbin yanaşmasında Qarabağa dair aktivlik sezilməkdədir və diplomatik fəallığın konkret mənası var" - millət vəkili Zahid Oruc "Olaylar"a açıqlamasında belə deyib. Z.Oruc bildirib ki, Rusiya-Ukrayna ətrafındakı bəlli gərginlik və bunun beynəlxalq təsirləri ayrı-ayrı dövlətlərin Qafqaz siyasətində dəyişmələrə səbəb olub. Millət vəkilinin sözlərinə görə, bunun ilk növbədə keçmişdən qalan münaqişələrlə bağlı hər hansı şəkildə sicili duyulur ki, buna dair müəyyən planlar ortadadır. Heç bir halda illüziyaya qapılmağın lazım olmadığını deyən Zahid Oruc qeyd edib ki, ABŞ-dan məlum 6 prinsipin elan olunması, daha sonra bunun səfirin dilindən də səsləndirilməsi, Dağlıq Qarabağ ətrafı rayonların qeyd-şərtsiz qaytarılmasının vacibliyinin bildirilməsi guya yalnız bizim maraqlarımızı təmin etmək üçündür: "Qətiyyən belə deyil. Elə düşünrəm ki, bütün bunlar Azərbaycanı müəyyən bir şəraitdə öz tərəfinə cəlb etməyin mühüm tifarqalarıdır. Ona görə də qeyd etdiyimiz fəallıq gələcəyə tam nikbin ümidlər vermir. İstənilən şəraitdə problemin həllini gözləyir və arzulayırıq. Düşünmürəm ki, Rusiya-Ukrayna müharibəsi başlasın və Qərb keçmişdən bu yana özünün bu məlum məsələlərlə bağlı səhvlərini dərk etsin. Hamıya bəllidir ki, Dağlıq Qarabağ məsələsi regionu idarə etməyin aləti kimi istifadə olunur. Bölgənin sərvətlərini sümürməyin ən yaxşı vasitəsidir. İndi də bunlar inkar olunmur. Amma ən azından onlar dərk edirlərsə ki, konfliktlər nə qədər qalacaq Rusiya o qədər güclü olacaqdır, buyursunlar münaqişələrin həlli üçün daha sərt və daha açıq, birmənalı mövqe tutsunlar. Real hərb planlarını ortaya qoymaq və danışıqlarda bu mövqeni birmənalı tutmaq gərəkdir. Yalnız o halda biz inamdan danışa bilərik". ("OLAYLAR İA")