DQB təkliflər hazırlayır

Müxalifət daxilində mövcud olan passivliyin aradan qaldırılması məqsədilə Demokratik Qüvvələr Birliyi təkliflər hazırlayır. DQB-dən "OLAYLAR"-a daxil olan məlumata görə, ilkin mərhələdə təkliflər paketi Demokratik Qüvvələr Birliyinin Sədrlər Şurasının toplantısında müzakirəyə çıxarılacaq. Sonrakı mərhələdə isə həmin təkliflərin digər müxalifət partiyaları ilə birlikdə ictimai müzakirəyə çıxarılması planlaşdırılıb. Demokratik Qüvvələr Birliyindən bildirilib ki, qurum ümumilikdə müxalifət düşərgəsinin düşmüş olduğu böhranlı vəziyyətdən çıxması üçün  yol xəritəsi müəyyənləşdirmək istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00