Abid Şərifov Dağlıq Qarabağdan danışıdı
21 May 2014 17:23 SiyasətBaş Nazirin müavini Abid Şərifov Bakıda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) və Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə Dağlıq Qarabağ problemindən danışaraq, BMT-nin 4 qətnaməsinin hələ də yerinə yetirilmədiyini qeyd edib: "Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu Ermənistan tərəfindən işğal edilib. BMT və digər beynəlxalq qurumların qətnamələrinə əhəmiyyət verməyən Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyon əhalı qaçqın düşüb. Azərbaycan torpaqlarının 20 faizini işğal edən və azərbaycanlı əhaliyə qarşı dəfələrlə soyqırım törədən, işğalçılıq siyasətini davam etdirən Ermənistana beynəlxalq qurumlar tərəfindən heç bir təzyiq göstərilmir. Nəticədə bu problem həll olunmamış qalır".