“Çin Qərblə ticarətini Rusiyanın qaz şantajında dəyişmədi” - FİKİR

Ərəstun Oruclu: “Şübhəsiz ki, Pekində hələ ABŞ-ın Avropa İttifaqı adlı müttəfiqinin olmasını da bilirlər”

 "Çin Rusiyadan təbii qazı ancaq 2030-cu ildən sonra ala biləcəyini bəyan eləməklə, Rusiyanın ümidlərini ayaqları altına atdı" - "Olaylar"ın məlumatına görə, politoloq Ərəstun Oruclu belə deyib. Ə.Oruclu Çinin bu qərarının anlaşılan olduğunu bildirir: "Çünki ABŞ-la Çin arasındakı ticarət dövriyyəsi təkcə 2012-ci ildə Çin mallarının ABŞ-a ixracı 425.6 milyard, ABŞ mallarının Çinə ixracı isə 110.6 milyard dollar olub. Beləliklə, ABŞ-la ticarət əlaqələrindən Çinin təkcə 2012-ci ildə təmiz gəliri 315 milyard ABŞ dolları təşkil edib. Şübhəsiz ki, Pekində hələ ABŞ-ın Avropa İttifaqı adlı müttəfiqinin olmasını da bilirlər və bu da Çinin ən çox mal ixrac etdiyi bazardır. İki tərəf arasında illik ticarət dövriyyəsi, məsələn 2013-cü ildə 480 milyard avro (təxminən 667 milyard ABŞ dolları) təşkil edib. Bunun hamısını Rusiya qazına dəyişib sanksiyalara məruz qalmaq və sonda Rusiyanın qaz şantajı ilə üzləşmək maraqlara uyğun deyil. Belə yerdə deyiblər: keçəl suya getməz". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00