Qənirə Paşayeva qızların hərbi təhsil almasını istəyir

"2009-cu ildən etibarən Azərbaycanda qızların Ali Hərbi Məktəbə daxil olması dayandırılıb. Müdafiə Nazirliyinin sifarişi olmadığından, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu qəbulu aparmır". Bunu deyən millət vəkili Qənirə Paşyevanın sözlərinə görə, ölkədə hərbçi olmaq istəyən kifayət qədər qız var: "Hesab edirəm ki, hərbçi olmaq istəyən qızlarımızın önünə baryer çəkməyə ehtiyac yoxdur. İnanıram ki, müdaifə naziri bu məsələyə pozitiv yanaşacaq. Bu, həmçinin orduda da psixoloji baxımdan müsbət təsir edər". Q.Paşayevanın fikrincə, qəbulun dayandırılması ilə bağlı səsləndirilən səbəblər o qədər də tutarlı deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00