“Ukraynada vəziyyət daha pis istiqamətə çevrilə bilər” -AÇIQLAMA
Elxan Mehdiyev: “indən sonra sepearatçılar Donetsk ətrafındakı şəhərləri təhlükəsizlik qüvvələrindən təmizləməyə çalışacaqlar”
16 May 2014 16:17 SiyasətUkraynanın Donetsk vilayətində əməliyyatlar aparan hərbçilərin geri çəkilməsi üçün 24 saatları var. Seperatçı qüvvələrin komandiri hökumət tələbləri yerinə yetirməyəcəyi təqdirdə ukraynalı hərbiçilərin əlində olan nəzarət-buraxılış məntəqələrinə hücum edəcəklərini bildirib. Məsələyə münasibət bildirən politoloq Elxan Mehdiyev hesab edir ki, Şərqi Ukraynada vəziyyəti qarışdıran seperatçı qüvvələr artıq silahlı mübarizə müstəvisinə keçirlər. E.Mehdiyev bildirir ki, əvvəlcə müxtəlif yollarla hökumətə təzyiqlər edən qüvvələr indi taktikanı dəyişiblər. Dəyişikliyiyin əsas məqsədinin müdafiə yox, hücum olduğunu deyən politoloqun sözlərinə görə, indən sonra seperatçılar Donetsk ətrafındakı şəhərləri Ukrayna təhlükəsizlik qüvvələrindən təmizləməyə çalışacaqlar: "Həmin əraziləri hərbi baxımdan da nəzarət etmək istəyindədirlər. Lakin seperatçı komandirin verdiyi ultimatun daha çox psixoloji xarakter daşıyır. Ukrayna ordusu silaha əl atsa belə, seperatçı qüvvələr o gücdə deyillər ki, onları ərazilərdən çıxarsınlar. Çünki həmin qüvvələr ən aşağı səviyyədə silahlanıblar. Snayper və vertolyotları olsa da, hələ ki, qruplaşmış hərbi hissələrə çevrilməyiblər. Ukrayna hökuməti seperatçıları vaxtında zərərsizləşdirməyi bacarmalıdır. Əks təqdirdə vəziyyət daha pis istiqamətlərə çevrilə bilər". ("OLAYLAR" İA)