Azərbaycandan Somaya yardım təklifi
"Allahşükür Paşazadə məsləhət bilərsə, bu məsələ müzakirə oluna bilər”
16 May 2014 15:20 SiyasətBu gün Azərbaycan məscidlərində Türkiyədə Soma faciəsi zamanı həlak olan insanların ruhuna dualar oxunur. Əjdərbəy məscidində Soma faciəsi qurbanlarının xatirəsinə həsr olunan mərasimdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev Soma faciəsini Azərbaycanın faciəsi olduğunu söyləyib: "Cümə namazından sonra cənazə nəmazı qılınacaq. Biz qardaşıq. Harada olmasından asılı olmayaraq hardasa bir qardaşa zərər dəyirsə, həmin dəqiqə o biri qardaş onu hiss edir. Allah Türkiyədə dünyasını dəyişənlərə rəhmət etsin. Bizim çətin günümüzdə öz qardaşlarımız yanımızdadırsa, biz də bu çətin gündə onların yanındayıq. Faciədə həlak olmuş şəxslərin ailələrinə maddi yardım göstərilməsi ilə bağlı məscidə insanlar tərəfindən müraciət edilir. Allahşükür Paşazadə məsləhət bilərsə, bu məsələ müzakirə oluna bilər". Türkiyə Səfirliyinin Dini İşlər Müşaviri Sadiq Eraslan isə Azərbaycan xalqı ilə Türkiyə xalqının bir millət olduğunu söyləyib: "Qardaşlarımız hüznlü və müsibətli günümüzdə maddi və manəvi olaraq yanımızdadırlar. Qardaşlarımız bizə zəng vurub, dəstək olmağa çallışırlar. Biz qardaşıq. Qardaşlığın gərəyi olaraq da Azərbaycan xalqı bizim yanımızdadır. Bütün Azərbacan xalqına təşəkkür edirik. Xütbətininn oxunması Türkiyədəki qardaşlarımızın yanındayıq mənasını ifadə edir. Madddi yardımın azı-çoxu olmaz. Əsəs qardaşlığımızdır. Dinimiz imanımız, şəhidlərimiz birdir".
Daha sonra kömür mədənində vəfat edən şəxslərin ruhuna Quran oxunub. Bu gün Azərbaycanın bütün məscidlərində Cümə xütbələri Türkiyədə baş vermiş faciəni də əhatə edəcək, faciə qurbanlarının ruhuna dualar oxunacaq.
Qeyd edək ki, Türkiyədə mayın 13-də kömür mədənində baş vermiş partlayış nəticəsində 284 nəfər ölüb. Ans