Ziyad Səmədzadə: “Azərbaycan MDB-də ilk yerlərdən birini tutur”

Milli Məclisin mayın 16-da keçirilən iclasında "2013-cü il in dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edilib. Qanun layihəsi barədə məlumat verən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, son illər dövlət büdcəsinin parametrlərini xarakterizə edən bütün göstəricilərdə müsbət dinamikanın müşahidə olunub: "Dünya ölkələrində qlobal böhranın hökm sürdüyü bir ərəfədə Azərbaycanda hər sahədə əhalinin rifahının yüksəlməsi, ictimai siyasi sabitlik, milli həmrəyliyin möhkəmlənməsi müşahidə olunur və bu, ölkədə aparılan islahatların məntiqi nəticəsidir". 2013-cü illə bağlı bəzi makroiqtisadi göstəriciləri qeyd edən komitə sədri bildirib ki, ötən il Azərbaycanın ÜDM-i 73 milyard dollar təşkil edib: "Hazırda adambaşına düşən ÜDM-in həcmi 7.8 min dollardır. Bu göstəricinin artımına görə Azərbaycan MDB-də Qazaxıstanla birlikdə ilk yerləri tutur. Ötən il ilk dəfə olaraq dövlət büdcəsinin həcmi 25 milyard dolları ötüb, son 10 il ərzində ÜDM 3,4 dəfə artıb. Ölkə iqtisadiyyatına qoyulan investisiyalar 150 milyonu manatı ötüb". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00