Bahar Muradova ATƏT PA-nın sabiq sədri ilə görüşüb

Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında daimi nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-nın sabiq sədri, İtaliya parlamentini bu qurumda təmsil etmiş Rikkardo Milyori ilə görüşüb. Bahar Muradova qonağı salamlayaraq bildirdi ki, rəsmi Bakının İtaliya ilə əlaqələri yüksək səviyyədədir. Ölkələrimiz beynəlxalq təşkilatlarda bir çox məsələlərdə eyni mövqedən çıxış edir, bu da ikitərəfli münasibətlərin inkişafına öz təsirini göstərir. Sədr müavini qonağın Dağlıq Qarabağ münaqişəsi ilə yaxından maraqlanmasını və Azərbaycana qarşı həmişə obyektiv mövqedə olmasını yüksək qiymətləndirib. Parlament diplomatiyasının əhəmiyyətindən danışan Bahar Muradova bildirib ki, ATƏT-in məşğul olduğu regional münaqişələrin həllində səylər gücləndirilməli, konkret nəticələrə nail olunmalıdır. Görüş üçün təşəkkürünü bildirən Rikkardo Milyori bildirib ki, ATƏT ötən 20 ildə Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir əhəmiyyətli irəliləyişə nail olmayıb və bizi ən çox narahat edən məsələ insanların öz doğma yurd-yuvalarından didərgin düşməsidir. Çünki bu, birbaşa insan hüquqlarının pozulmasına aid məsələdir. ATƏT PA-nın sabiq sədri Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması üçün bundan sonra da əlindən gələni edəcəyini diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00