Əli Həsənova Azərbaycanın milli maraqlarının təbliğinə görə “Vətənpərvərlik” mükafatı təqdim edilib

Mükafatçılar arasında Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov və Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov da var

Mükafatlar bu gün Bakıda keçirilən "The Buisness Year: Azerbaijan - 2014" nəşrinin təqdimatı zamanı təqdim olunub.

Azərbaycan Prezident Administrasiyası İctimai siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənova Azərbaycanın milli maraqlarının təbliğinə görə "Vətənpərvərlik" mükafatı təqdim edilib.

 Daha sonra "İlin beynəlxalq dialoqu" mükafatı Avropa Azərbaycan Cəmiyyətinə təqdim olunub. Mükafat cəmiyyətin sədri Tale Heydərova təqdim olunub. Bundan başqa ARDNŞ "İlin xarici investoru", "Paşa Bank" "İlin korporativ bankı", "İlin aviaşirkət rəhbəri" AZAL-ın baş direktoru Cahangir Əsgərov, "İlin ixracatçısı" "Azərsun Holding", "İlin mobil internet provayderi" "Bakcell" şirkəti, "İlin infrastruktur yeniliyi" "AzVirt" şirkəti, "Vətəndaş cəmiyyəti sahəsində nailiyyət" "Kaspi" Təhsil Mərkəzi, "İlin investoru" "Bakıgəmiqayırma" və "İlin sənaye şirkəti" "Norm Sement" şirkəti seçilib. apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00