ATƏT-in Parlament Asambleyasının sabiq prezidenti BAMF-da olub

Mayın ATƏT-in Parlament Asambleyasının sabiq prezidenti, ATƏT-in PA-da İtaliya nümayəndə heyətinin rəhbəri Rikardo Miglori və "Asiya və Araqlıq dənizi Ətrafı Ölkələr üzrə İtaliya İnstitutu"nun (İSİAMED) Baş katibi Antoni Lokke Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olublar. Onlar BAMF sədri Umud Rəhimoğlu, "Əlil Təşkilatları İttifaqı"nın prezidenti Davud Rəhimov, "Avrasiya Kredit" - Bank olmayan MMC-nin direktoru Ramil Əzizov, Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli, Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyasının təmsilçisi Rey Kərimoğlunin iştirakı ilə geniş görüş keçiriblər. 

U.Rəhimoğlu BAMF-ın yaranması, fəaliyyəti və həyata keçdiyi layihələr barədə qonaqlara ətraflı məlumat verib. O, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaranan problemlərə də toxunub. Digər təşkilat rəhbərləri də gördükləri işlər və gələcək planları haqqında danışıblar. 

Söhbət zamanı R.Miglori bu görüşdən çox məmnun qaldığını deyib. OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00