Qırğızıstandakı diaspor təşkilatımız mükafat təsis etdi
15 May 2014 17:07 SiyasətQırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu "İlin ən intriqan adamı" nominasiyası üzrə mükafat təsis edəcək. Bu barədə "OLAYLAR"-a məlumat verən fondun prezidenti Nüsrət Məmmədov deyib ki, belə bir mükafatın təsis edilməsi təklifi onun tərəfindən irəli sürülüb: "Təklifim çox böyük dəstəklə qarşılandı. "İlin ən intriqan adamı" nominasıyası intriqan idmançılar, siyasətçilər, millət vəkilləri, elm adamları, tanınmış simalar, və sairələr arasından ciddi araşdirmalar nəticəsində seçiləcək. Çalışacağıq ki nominant haqqında dünyanın aparıcı KİV-lərində məlumat getsin. "İlin ən intriqan adamı" ildə bir adam seçiləcək. Biz hesab edirik ki bu yolla bəzi pafoslu raportlarla dövətimizi, Prezidentimizi, xalqımızı aldadılmaq cəhdlərinin qarşısını alacağıq. Bir nömrəli "İlin ən intriqan adamı" nominasıyasının kimə verilməsi üzərində artıq işlər başlayıb. O, "Tarixi" bir şəxsiyyət olacaq".