Elçin Quliyev Gürcüstanın daxili işlər naziri ilə görüşüb

2014-cü ilin 15 may tarixində Azərbaycanda səfərdə olan Gürcüstanın Daxili İşlər Naziri cənab Aleksandr Çikaidze ilə Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev arasında işçi görüş keçirilib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Olaylar"a verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədində və sərhəd keçid məntəqələrində əməliyyat şəraiti və onun inkişaf tendensiyaları müzakirə olunmuş, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi arasında qarşılıqlı faydalı əməkdaşlığın hazırki vəziyyəti və perspektivləri, Avropa İttifaqı, Frontex, GUAM kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı beynəlxalq terrorçuluğa, qeyri-qanuni miqrasiyaya, qaçaqmalçılığa və dövlət sərhədindən digər qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində Azərbaycan və Gürcüstan sərhədçilərinin birgə səyləri yüksək qiymətləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00