Laçının işğalının 22-ci ildönümü qeyd ediləcək
15 May 2014 15:12 SiyasətLaçın rayonunun erməni işğalına məruz qalmasının 22-ci ildönümü qeyri-hökumət təşkilatları tərəfindən də anılacaq. Bu barədə məlumat "OLAYLAR"-a Milli Qeyri-Hökumət Təşkilatları Forumundan daxil olub. Bildirilib ki, bu məqsədlə Milli QHT Forumu və Qarabağ QHT Koalisiyasının birgə təşkilatçılığı ilə "Laçınsız 22 il-Atəşkəslə 20 il" mövzusuna həsr olunmuş dəyirmi masa keçiriləcək. Tədbir mayın 16-da Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq. Dəyirmi masaya dövlət qurumları, QHT və KİV nümayəndələri dəvət edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00