Abid Şərifovun göz yaşları VIDEO
Baş nazirinin müavini Soma faciəsindən danışarkən hüzünlənib
15 May 2014 14:42 SiyasətSomada baş verən faciə Azərbaycanın baş nazirinin müavini Abid Şərifovu kədərləndirib. ANS PRESS-in məlumatına görə, bu gün kömür mədənində baş vermiş faciə ilə bağlı bu gün Türkiyənin Azərbaycandakı səfirliyində anım olub.
Baş nazirin müavini Abid Şərifov çıxış edərək bildirib ki, kömür mədənində baş vermiş partlayış ağır faciədir. Ölən vətəndaşlara Allahdan rəhmət diləyirik. Bizim sevincimiz də, kədərimiz də ortaqdır". Çıxışı zamanı Abid Şərifov göz yaşlarını saxlaya bilməyib.
Mərasimdə Azərbaycan tərəfdən baş nazirin müavini Abid Şərifovla yanaşı tanınmış ictimai-siyasi xadimlər, türkiyənin ölkəmizdə olan iş adamları, diplomatik korpusun nümayəndələri iştirak ediblər. Qonaqlar faciə ilə əlaqədar səfirlikdə açılmış "xatirə kitabı"na ürək sözlərini yazıblar.