Millət vəkili Türkiyə səfirliyində olub
15 May 2014 13:27 SiyasətYeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Türkiyənin Soma şəhərində kömür mədənində baş verən faciə ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyində anım mərasimində iştirak edib. "OLAYLAR"-ın xəbərinə görə, millət vəkili Türkiyə səfirliyində qoyulmuş kitabda baş vermiş ağır qəza və insan təlafatı ilə əlaqədər türk xalqına və ailə üzvünü itirmiş hər bir kəsə başsağlığı yazıb.
Qeyd edək ki, millət vəkili Aydın Mirzəzadə həmçinin Milli Məclisin Azərbaycan-Türkiyə ilə dostluq qrupunun üzvüdür
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00