Səməd Seyidov AŞ PA-nın tədbirinə qatılacaq
15 May 2014 13:19 SiyasətMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Monitorinq komitəsinin iclasında iştirak etmək üçün mayın 15-dən 18-dək Parisdə səfərdə olacaq. MM-dən "Olaylar"a verilən məlumata görə, iclasda Gürcüstan və Albaniya tərəfindən vəzifə və öhdəliklərin yerinə yetirilməsi, Ukrayna və Rusiyadakı son siyasi hadisələr, Makedoniya ilə monitorinq sonrası dialoq, AŞPA-nın monitorinq prosedurunun təkmilləşdirilməsi perspektivləri və digər mövzularda müzakirələr aparılacaq. Səməd Seyidov iclasda çıxış edəcək, müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00