Əli Məsimli Baltik Assambleyasının tədbirinə qatılacaq
15 May 2014 13:15 SiyasətMayın 16-da Tallində Baltik Assambleyasının təşkil etdiyi "Nəqliyyatın və infrastrukturun inkişafı" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Milli Məclisdən verilən məlumata görə, tədbirdə deputat Əli Məsimli iştirak edəcək. Konfransda Baltik dəmiryolunun inkişaf dəhlizi, Regional yol infrastrukturu: mövcud, həmçinin gələcək şəbəkələr və nəqliyyat dəhlizləri, Baltik dövlətləri arasında elektron imzaların sərhədlərdən kənar istifadəsi və digər mövzularda müzakirələr aparılacaq. Deputatımız konfransda çıxış edəcək, qaldırılan məsələlərə münasibətini bildirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00