“Amerikanı söyüb, Rusiyanı yaddan çıxarırıq” - FİKİR

Hikmət Hacızadə: “Rusiya Azərbaycana 28 aprel, 20 yanvar və başqa bəlalar gətirib”

Politoloq Hikmət Hacızadə müəyyən məsələlərlə əlaqədar Rusiyanın yox, ABŞ-ın tənqid edilməsini başa düşmədiyini bildirir. H.Hacızadə qeyd edib ki, SSRİ-nin parçalanması və bir sıra dövlətlərin müstəqilliklərinin əldə edilməsində ABŞ-ın dəstəkləri olub: "Ölkənin Şimal sərhədlərində ABŞ yox, Rusiya təhlükəsi var. Qarabağı da işğal edən Rusiyadır. Amerikanı söyüb Rusiyanı yaddan çıxarırıq. Rusiya Azərbaycana 28 aprel, 20 yanvar və s. kimi bəlalar gətirib". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00