DQB fəaliyyətini genişləndirəcək
14 May 2014 17:41 SiyasətAMIP qərərgahında ALP sədri Əvəz Temirxanın sədrliyi ilə Demokratik Qüvvələr Birliyinin növbəti iclası keçirilib. Partiyadan "OLAYLAR"-a bildirilib ki, iclasda mövcud ictimai-siyasi durum, o cümlədən regionda yaranmış hərbi və geopolitik vəziyyət, Azərbaycana olan təhdidlər , Azərbaycanın Avropaya inteqrasiya siyasəti, Ukrayna böhranı və onun Azərbaycana təsiri, ölkədə demokratiya və insan haqları ilə bağlı yaranmış mövcud durum əsas müzakirə mövzusu olunub .Quruma daxil olan partiya sədrləri DQB-nin möhkəmləndirilməsi perspektivləri və qarşıda duran vəzifələri barədə geniş fikir mübadiləsi aparıblar. Starteji mütəfiqliyin davamlı və artan xətt üzrə inkişfı üçün səyləri daha da artırmaq qərara alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00