Azərbaycanın xarici işlər naziri Türkiyənin xarici işlər nazirinə başsağlığı məktubu ünvanlayıb

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş faciəvi qəzada çoxsaylı insan itkisi ilə əlaqədar Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davutoğluna başsağlığı məktubu ünvanlayıb.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, məktubda deyilir: "Cənab Nazir, əziz qardaşım, Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş faciəvi qəzada çoxsaylı insan itkisi xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, mərhumların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00