“Suriya müharibəsu hələ uzun illər davam edəcək” - ŞƏRH

Elxan Şahinoğlu: “Nə sivil, nə silahlı müxalifət prosesdə iştirak etməyəcək, ümumilikdə isə belə bir şansları məhduddur”

 "Atlas" Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu Suriyada keçiriləcək prezident seçkisini dəyərləndirib. E.Şahinoğlu bildirib ki, Suriyada keçiriləcək prezident seçkisinin nəticəsini əvvəlcədən proqnozlaşdırmaq elə də çətin deyil. Politoloq hesab edir ki, seçki hakim BƏƏS partiyası arasında keçiriləcək: "Nə sivil, nə də silahlı müxalifət prosesdə iştirak etməyəcək, ümumilikdə isə belə bir şansları məhduddur. Seçkini Bəşər Əsəd keçirirsə, özü də seçiləcək. Amma bu seçki vətəndaş müharibəsinə son qoyacaqmı? Düşünmürəm ki, ondan sonra da belə bir nəticə əldə olunsun. Hər tərəfli seçkinin keçirilməsi üçün müxtəlif siyasi qüvvələrin iştirakı vacibdir. Elə bir seçki keçirilməliridir ki, dünya birliyi də onun nəticələrini tanısın. Amma digər dövlətlər Bəşər Əsədin yenidən prezident seçilməsini tanımayacaqlar. Bu da münaqişənin növbəti mərhələsinə keçid olacaq". Elxan Şahinoğlu "Bəşər Əsədin yenidən seçilməsi Suriyaya müdaxilə üçün əlavə stimul ola bilərmi?" sualına belə cavab verdi: "Suriyaya heç bir dövlət müdaxilə etməyi planlaşdırmır. Çünki Suriyada müharibə elə bir kritik nöqtəyə çatıb ki, müdaxilə edən dövlət orada ilişib qalacaq. Amerikanın başı öz problemlərinin həllinə qarışıb. Vaxtilə İraq və Əfqanıstanda minlərlə əsgərini itirdi. İraqda hələ problemlər həll olunmamış qalır. İl ərzində Əfqanıstandan çıxmağı planlaşdırır. Barak Obamanın üçüncü avantüraya baş vuracağı gözlənilən deyil. Obama bildirmişdi ki, əgər Əsəd "qırmızı xətt"i keçsə cavab verməli olacaq. Həmin "qırmızı xətt" çoxdan keçilib. Kimyəvi silahdan istifadə edilib, minlərlər insan qətlə yetirilib. Lakin bunun müqabilində Qərb heç bir addım atmadı. ABŞ öz qüvvələrini oyuncaq müharibəyə cəlb edib itkilərlə üzləşmək istəmir. Amma ABŞ yenə də vastiəçilik missyasını davam etdirəcək, amma Suriya müharibəsunə qarışmayacaq. Artıq müxalifət tərəfindən radikal silahlı qruplaşmalar da iştirak edir. Əgər Qərb müxaliflər tərəfdən Əsədə qarşı vuruşsa, bu onun terrorçularla işbirliyində olması mənasını verəcək. Kənar ölkələr sadəcə Suriya hadisələrinə seyirci mövqeyindən çıxış edirlər, başqa alternativləri də yoxdur. Vətəndaş müharibəsinin nəticəsini gözləmək lazım gələcək. Bunu isə yaxın zamanda görmək mümkün olmayacaq. Təəssüf ki, Suriya müharibəsi hələ uzun illər davam edəcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00