BMT-nin insan hüquqları üzrə mütəxəssisi Azərbaycana gəlir

18-24 may tarixlərində insan hüquqları üzrə BMT-nin xüsusi məruzəçisi Çaloka Beyani ölkədə məcburi köçkünlərin (MK) ümumi vəziyyətini araşdırmaq üçün Azərbaycana səfər edəcək. Təşkilatdan "OLAYLAR"-a daxil olan məlumata görə, Çaloka Beyani Bakı və Sumqayıt şəhərlərində yerləşən məcburi köçkünləri və çox sayda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələri ziyarət edəcək. Səfərlə əlaqədar cənab Beyani  qeyd edib ki, yeddi gün ərzində məcburi köçkünlər və təsirə məruz qalmış icmalar da daxil olmaqla bütün maraqlı tərəflərlə görüşüb, birinci əldən məlumat toplayacaq: "Mən həmçinin Azərbaycanda məcburi köçkünlərin problemləri üzrə cari problemlər və imkanlar ilə tanış olacam, MK-ların müdafiəsi və onlara yardım ilə əlaqədar əldə olunan nailiyyətləri müzakirə edəcəyəm", 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00