VİP sədri Ərdoğana başsağlığı teleqramı göndərdi

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Türkiyəınin Manisa vilayəti Soma qəsəbəsindəki kömür mədənində baş verən və çoxsaylı insan ölümü ilə nəticələnən dəhşətli faciə ilə əlaqədar bu ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğana başsağlığı teleqramı göndərib. Partiyadan "OLAYLAR"-a daxil olan teleqramın mətnində qeyd edilir ki, Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsində yerləşən kömür mədənində meydana gələn və 200-dən artıq insanın ölümü ilə nəticələnən dəhşətli partlayış sizlərlə bərabər, bizi də dərindən sarsıtdı: "Baş vermiş faciənin ağrısını yaşamaqla yanaşı, həyatın davam etdiyini və Türk millətinin bundan daha böyük sınaqlarla üzləşdiyini, bu imtahanlardan başı uca çıxdığını heç vaxt unutmamalıyıq. Öz adımdan, sədri olduğum Vətəndaş və İnkişaf Partiyası (VİP) adından Soma qəsəbəsində baş vermiş dəhşətli faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan səbir diləyir, yaralıların tezliklə sağalmasını arzulayıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00