Türkiyə şirkəti ötən il Azərbaycana təqribən 1 milyon dollar dəyərində silah-sursat satıb
13 May 2014 18:08 SiyasətTürkiyənin Makina və Kimya Sənayesi Təşkilatı (MKE) 2013-cü ildə Azərbaycana 2 004 774 lirə (966 526.33 ABŞ dolları) dəyərində ixracat həyata keçirib. Bu barədə MKE şirkətindən məlumat verilib. Azərbaycan MKE-nin məhsul ixrac etdiyi ölkələr siyahısında ixrac həcminə görə 6-cı ölkə olub. Şirkət 2012-ci ildə Azərbaycana 292 332 dollar dəyərində ixracat gerçəkləşdirib.
MKE-nin Azərbaycana ixracatını snayper tüfəngləri, müxtəlif atıcı silahlar, mühəndis vasitələri, həmçinin müdafiə sənayesində istifadə olunan müxtəlif məhsullar təşkil edib. apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00