KXCP İdarə Heyətinin iclası keçilib
13 May 2014 17:50 SiyasətKlassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. İclasda qərarların icra vəziyyəti qiymətləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilib. Ötən həftə ərzində bələdiyyə seçkilərinə hazırlıqla bağlı partiyanın Şimal-Qərb zona ələqələndirmə komitəsinin Oğuzda keçirilən yığıncağı haqqında məlumat verilib, yığıncağın nəticələri müzakirə edilərək müsbət qiymətləndirilib. Bələdiyyə seçkilərinə hazırlıqla bağlı digər zona əlaqələndirmə komitələrinin yığıncaqlarının keçirilməsi, rayon (şəhər) şöbələrinin seçkilərə hazırlıq vəziyyətinin yüksədilməsi istiqamətində müzakirələr aparılıb. Yığıncaqda ictimai-siyasi vəziyyət müzakirə edilib, Ukraynada hadisələrin bütövlükdə keçmiş Sovetlər birliyi məkanında yaratdığı narahatlıqlar müzakirə edilib. ("OLAYLAR" İA)