Heydər Əliyevin xatirəsinə həsr rolunmuş hərbi marş
7 May 2014 18:18 SiyasətMayın 7-də 18 nömrəli Bakı Peşə Liseyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş hərbi marş və təntənəli andiçmə mərasimi keçirilib. Təhsil Nazirliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə Təhsil Nazirliyinin, Binəqədi Rayon İcra Hakimiyyətinin, Vergilər Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri və valideynlər iştirak ediblər. Mərasimin rəsmi hissəsində çıxış edən qonaqlar gənclərə hərbi vətənpərvərlik hisslərinin aşılanmasında belə tədbirlərin keçirilməsinin zəruriliyini vurğulayıblar.Tədbirdə daha fəal iştirak edən bir qrup şagird liseyin Fəxri fərmanı və döş nişanı ilə təltif olunub.
Sonra şagirdlər ümummilli liderin xatirəsinə həsr etdikləri ədəbi-bədii kompozisiyanı nümayiş etdiriblər.