Bəşər Əsədin namizədliyi üçün ABŞ və Rusiya hansı razılığa gələcək?

Elxan Mehdiyev: “Məsələ heç də göründüyü kimi deyil, ABŞ əvvəlki kimi yenə də birinci Ukrayna probleminin həllində israrlıdır”

Ukraynada baş verən proseslər həllini tapmamış ABŞ siyasi ağırlığını növbəti dəfə Suriya üzərinə salmağa başlayıb. Bir müddət əvvəl Suriya müxalifətinə 27 milyon dollar yardım ayıran ABŞ hökuməti bu dəfə başçısı Barak Obama ilə suriyalı müxalif lideri Əhməd Sarboyun görüşünü təşkil edir. Məsələyə münasibət bildirən politoloq Elxan Mehdiyev hesab edir ki, məsələ heç də göründüyü kimi deyil, ABŞ əvvəlki kimi yenə də birinci Ukrayna probleminin həllində israrlıdır. E.Mehdiyevin sözlərinə görə, Con Kerri Ketrin Eştonla görüşündə ABŞ-ın yenə də Ukraynanın yanında olduğunu və Rusiyanın dəstəyilə orada keçirilən referendumu heç vaxt qəbul etməyəcəklərini bildirdi: "Əksində Ukrayna da baş verən proseslər Suriya məsələsini kölgədə qoyub. Çünki proseslər Ukraynadan əvvəl Suriyada başlayıb". Elxan Mehdiyev hesab edir ki, ABŞ indiki məqamda Suriyanın kimyəvi silahlardan təmizlənməsinin tərəfindədir. Politoloq qeyd etdi ki, hazırda Suriyada proseslər bu səpkidə davam edir: "Lakin keçiriləcək prezident seçkisində Bəşər Əsədin namizədliyinin qeydə alınıb alınmaması məsələsində Rusiya ilə razılaşmanın necə əldə ediləcəyi sual doğurur". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00