Deputatımız AŞ PA-nın tədbirinə qatılacaq
7 May 2014 16:50 SiyasətMilli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün mayın 6-dan Yunanıstanın paytaxtı Afinada səfərə gedib. Milli Məclisdən verilən məlumata görə, tədbirdə daha mükəmməl Avropa demokratiyasına doğru atılan addımlar, Avropanın üzləşdiyi problemlər, Kosovoda vəziyyət, Orta Şərq və Aralıq dənizinin cənub bölgəsində etiqad azadlığı, bu ərazidə dini icmaların durumu və təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunacaq. Deputatımız müzakirəyə təqdim edilən məsələlərə dair öz münasibətini bildirəcək, təkliflərini verəcək. Səfər mayın 9-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00