Mənim tanıdığım Heydər Əliyev
7 May 2014 15:03 Siyasət
Hər xalqın tarixində elə insanlar olur ki, onların yalnız doğum tarixi var, ölüm tarixi yox. Ölümsüzlük - xalqın taleyüklü məqam¬larında silinməz iz buraxanlara, yaradanın lütfiylə verilən yüksək fitri istedadla, yaxud cəngavər hünəriylə qəhrəmanlıq göstərən millət, dövlət xilaskarlarına - yeni tarix yaradanlara nəsib olan qismətdir. Çağdaş Azərbaycanımızda belə şəxsiyyət Heydər Əliyev idi. Dövlətin iqtisadi dirçəlişinin, millətin mənənvi yüksə¬li¬şi¬nin təməlini qoyan, bir kərə endirilən üç rəngli bayrağı bir daha enməyəcək qədər yüksəklərə ucaldan, "Azərbaycanın müstəqilliyi daimidir, dönməzdir, əbədidir", deyən və bunun gəlişigözəl sözlər deyil, yeni dövlətçilik konsepsiyasının əsası olduğunu, yeni Azər¬baycanın timsalında bütün dünyaya nümayiş etdirən Prezident Heydər Əliyev! Ana torpağın hər qarışında onun fədakar əməyi¬nin, xeyirxah əməlinin nişanəsi var. Səsimizi, sözümüzü, dərdimizi ən yüksək xitabət kürsülərindən hər kəsə duyuran, millətlər içində imzamızı tanıdan, dövlətlər sırasında Azərbaycanı ön cərgəyə çıxaran, xalq olaraq üzümüzü ağ, ba-şımızı uca edən böyük Öndərin qarşısında həmişə minnətdarlıq hissiylə baş əyirik. Sonsuz hörmət və dərin rəğbət rəmzi kimi, çox yerdə ona heykəllər qoyulub. Amma, bu abidələrin ən əzəmətlisi hər bir vətənpərvər azərbaycanlının qəlbində ucaldılıb. Azər-baycanlı olmasıyla fəxr edən, bu fəxarət duyğusunun nə böyük nemət olduğunu hər birimizə duyuran, yaşadan Heydər Əliyev oldu. O deyirdi:
" Hər bir insan üçün onun milli mənsubiyyəti qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bugun də fəxr edirəm ki, mən azərbaycanlıyam!"
Azərbaycançılıq ideologiyasının yaranması, inkişafı bilavasitə Heydər Əliyevin adıyla bağlıdır. Bu işin əsas istiqamətlərindən biri də xarıcdə yaşayan soydaşlarımızla əlaqələrin güclənməsi, tarıxı vətənləri Azərbaycanla mənəvi bağlılıqlarının möhkəmlən-məsidir. O, ruhən və mənən olan birliyi coğrafi bötövlükdən üstün tutardı. Щейдяр Ялийев сийаси узагэюрянликля азярбайcанлылары va¬hid идейа - Вятян севэиси ятрафында сых бирляшməyə çağırdı. Бу бирлик сонралар Азярбайcанын сийаси, игтисади, дипломатик уьурларынын рящни олду. Rеgионун лидер дювлятиня чеврилмиш mцстягил Азярбай-cанda mилли бирлийимиз, azadlığımız, щямряйлийимиз tam şəkildə nə zaman bərqarar olacaq? Heydər Əliyev bunu belə təsəvvür edirdi:
"Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır!"
* * *
Bu böyük zəka sahibinin şərəfli ömür yolu xalqa sədaqətlə xidmət etməyin parlaq nümunəsidir. O, ən çətin məqamlarda millətinin, dövlətinin ali maraqlarını qorumağı bacardı. Ona görə Azərbyacanı Heydər Əliyevsiz, Heydər Əliyevi Azərbaycansız tə¬səv¬vür etmək mümkün deyil. Biz fəxr edirik ki, heç vaxt qocal¬mayan dünyamızda amansız ölümə qalib gələn, tarixdə özünə ölüm¬süzlük qazanan, əbədi var olan, sayla seçilən siyasi dühalar arasında, taleyinə ölümsüzlük yazılan ümummilli liderimiz - Hey¬dər Əliyevimiz var!
Heydər Əliyevin uğurlarının səbəbi görən nəydi? Buna müxtəlif cür cavab vermək olar: fitri istedadı, zəhmətsevərliyi, keçdiyi həyat məktəbi, uzun illərdən bəri topladığı zəngin təcrübə, ona ailə sevincinin xoşbaxtlığını yaşadan Zərifə xanım kimi ömür-gün yoldaşının varlığı və s. Amma, bütün bunlarla yanaşı, böyük siyasətçi olmanın kiçık, lakin cox vacib bir sirri də var. O, bunu bilirdi:"
Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz".
* * *
Coxillik dövlətçilik təcrübəsindən belə qənaətə gəlmişdi ki, "hamı bir boyda ola bilməz, hamının eyni fikri ola bilməz." Bunu normal qarşılamaq lazımdır. Bu fikrə düşmən kəsilən siyasətçı tərəfdaşlarını itirər, hər keçən gün sılahdaşlarından, siyası həmfikirlərindən, uzaq düşər və bir gün gələr təklənər, siyasi rəqiblərinə uduzar. Fikir prürializmindən, tolerantlıqdan adə¬tən, kim qorxmaz, bilirsiz? Hadısələrə müstəqil baxışı olan in¬sanlar. Haqlı olduğuna əmin olanlar və mövqeyini qoruyub saxlamağı bacaranlar. Müqəddəs sözü sözçülük çirkabına bu¬laşdır-mayanlar. Sözə sözlə deyil, əməllə cavab verənlər. Hamının bir olmadığını qəbul etdiyi üçün, hamını bir boyda, bir düşüncədə, əqlin, şüurun eyni inkişaf mərhələsində olmadığını qəbul edənlər və bu kəsiri kimsədə qüsur görməyənlər. Ətrafında hərə bir dildə danışsa da, fərqli dərd yükü daşısa da, kimsəni qırmadan hamını anlaya və idarə edə biləcək gücə malik olan seçmə siyasətçilər. Xırda hisslərə əsir olmayan dövlət adamları. Fikir müxtəlifliyini normal qarşıladığı üçün fərqli düşünənlərin də bir millətin, bir vətənin övladları olduğunu dərk edənlər. Milli, dövlətçilik maraqları ətrafında hamını cəmləməyi bacaran böyük çaplı siyasətçilər. Heydər Əliyev belə şəxsiyyət idi. O, Allahdan başqa kimsədən qorxmazdı. Müxalifətlə görüşməkdən, müxtəlif fikir,düşüncə və mövqe sahiblərini dinləməkdən çəkinməzdi. O deyərdi:
"Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləkinə müxalifətdə durmasın."
* * *
O, zorakılığı xoşlamazdı. Ən ali məqsədə də ağlın, zəkanın, zəhmətin, səbrin gücüylə nail olmağa çalışardı. O, həm də gözəl tarixçi idi. Dünyanın gərdişini, kimlərin necə gəlib - getdiyini, nələr gətirib, nələr apardığını, keçici - qalıcı varlıqların nə olduğunu hamıdan yaxşı bilirdi. General olsa da, özüylə sonadək gəzdirdiyi yeganə şəxsi silah ağlı, zəkası, səbri, dözümü idi. Bundan güclü, kəsərli, təsirli nə qılınc-tapança tanıyırdı, nə top- tüfəng. Hər kəsə yeri gələndə xatırladardı ki :
" Ağıl olan yerdə zora ehtiyac yoxdur."
Heydər Əliyev üçün xalqa xəyanət nə demək idi? Məmur özbaşınalığı tüğyan edəndə, xalqın səsi ancaq seçki qutusu başında eşidiləndə, vicdan dəyərdən düşəndə, əxlaqsız davranış tərzi cəmiyyəti bürüyəndə, rüşvət həyasızcasına nəzakətin pərdəsinə bürünəndə, insan dəllalları coxalanda, harınlar halalların yolunu kəsəndə, yüksək istedad sahibinin ailə sahibi kimi öz borcünü yerinə yetirmək üçün əməyini dəyər-dəyməzinə satdığını eşıdəndə Liderimiz susmazdı. Bütün bu eybəcəlikləri ən böyük xəyanət bilən, onlara qarşı barışmaz mövqe tutan bu böyük İnsan xitabət kürsülərindən hər zaman həyacan təbili çalaraq, hər kəsi mənəviyyat quldurlarına qarşı mübarız olmağa çağırardı. Məsləksizləri, mənəviyyatsızları, mövqesizləri məzəmmət edər¬di.Təkcə xalqın, dövlətin malına göz dikənlərə deyil, göz¬lərdə sevincı, üzlərdə abır-həyanı, konüldə məhəbbəti talayanlara, ömür boyu ürəkdə bəslənən ümidləri, arzuları, niyyətləri talan edənlərə nifrətini gizlətməzdi. O deyərdi :
" Rüşvətxoru, oğrunu qəhrəman etmək, öz xalqına xəyanət etməkdir".
* * *
O, etiraf edirdi ki, neft də qaz da, pambıq da Azərbaycanın sərvətidir. Eyni zamanda yaxşı bilirdi ki, bu cür təbii sərvətlərdən dünyanın cox yerində var. Mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın qaynağı isə yaınız və yalnız Azərbaycandır. Mənəvi qızılı ağ qızıldan da, qara qızıldan da üstün tuturdu. Onu ixrac etmək olmaz, deyirdi. Milli mənəvi sərvətimizin qaynağı olan ziyalıları qorumaq lazım gəldiyini hər fürsətdə dilə gətirirdi. O deyırdi:
"Ziyalılıq kütləvi ola bilməz. Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist - bunlar fitri istedada malik olan nadir adam¬lardır."
Xüsusi qayğı görmüş ziyalılar arasında kimlər var idi desəm, siyahı cox uzanar. Yenə olsun, bəzilərini xatırlayaq: Qara Qarayev, Niyazı, Fikrət Əmirov, Tofiq Quliyev, Səttar Bəhlulzadə, Rəşid Behbudov, Ziya Bunyadov, Tahir Salahov, Rəsul Rza, İlyas Əfəndiyev, Məmməd Araz, Bəxtiyar Vavabzadə, Zeynab Xanlarova, Anar, Ömər Eldarov ... Sənətə, sənətkara onun qədər dəyər verən ikinci rəhbər görmədim. Ədəbiyyat və incəsənət nümayəndələrini, elm xadimlərini el-oba içində nüfuz sahibi edən amillərdən biri də onun nümayişkəranə qayğıkeşliyi, sağlam münasibəti, məqsəd-yönlü dəstəyi idi. Hərənin nəyə qadir olduğunu bilirdi, yeri gələndə istiqamətləndirirdi, tövsiyyə verirdi. Ona inanırdılar, dediklərini qəbul edirdilər. Təkcə yüksək vəzifəsinə görə deyil, fenomenal Şəxsiyyət olaraq böyük nüfuzuna görə hər zaman söz sahibiydi Heydər Əliyev. O,deyərdi:
"Ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdə hörmətini qaldırmaq lazımdır."
* * *
O, coxillik əmək fəalıyyətində müxtəlif vəzifələrdə çalışdı. Amma, heç vaxt kimsənin yerinə gəlmədi, pillə-pillə ucalaraq, Azərbaycan tarıxındə öz yerini tutdu. Kimsəyə də bu yeri ver¬məyəcəyinə, daim əvəzolunmaz lider kimi qalacağına ina¬nı¬ram.
"Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma, öz yerini, özünə məxsus olan yerini tapmalıdır."
Bu da Heydər Əliyevin tövsiyyəsi idi...
Həqiqi liderlik - xalq içində sıradan biri olub, sırada birinci ol-maqdır! Sırada birinciliyi qazanmaq, millətin öndəri olmaq ona yaraşırdı. O, dövlətçiliyimizin baş tacı idı. Heydər Əliyevi ucaldan onun özünün ucaltdığı doğma xalqı idi. Azərbaycanlı olması ilə daim fəxr edən ulu öndər dönə-dönə vurğulayardı ki, mən bütün uğurlarıma görə xalqıma borcluyam, həmişə ona arxalanmışam. Onun toxunulmazlığının qarantı XALQDIR! Bu dünən də beləydi, bu gün də belədir, sabah da belə olacaq. Hər zaman xalqına arxalanan Heydər Əliyev Azərbaycanda hər zaman yaşayacaq. Onun sadəliyinin, müdrikliyinin, ucalığının və əbədiliyinin sirri də budur!