DİP nümayəndəsi Gürcüstanda “Xalqlar diplomatiyası”ndan danışıb
7 May 2014 13:22 SiyasətDemokratik İslahatlar Partiyasının xarici əlaqələr şöbəsinin müdiri Cəmilə İbrahimova Gürcüstan parlamentində keçirilən Cənubi Qafqazın Gənc Siyasətçilərinin Forumunda "Xalqlar diplomatiyası" mövzusunda məruzə edib. Bu barədə DİP-dən verilən məlumata görə, Niderlandın "Çoxpartiyalı Demokratiya İnstitutu"-nun təşkilatçılığı ilə keçirilən forum çərçivəsində Cənubi Qafqazda birlik perspektivləri, xalqların diplomatiyası, mövcud siyasi sistemlər, iqtisadiyyat və biznesin inkişafı, milli azlıqların problemləri, tolerantlıq, xarici siyasətin prioritetləri, insan hüquqlarının durumu, innovasiyalar, gənclərin siyasətdə rolu mövzularında sessiyalar keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00