ABŞ Dağlıq Qarabağa dair konfrans keçirəcək

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqton Karnic Mərkəzində Dağlıq Qarabağla bağlı konfrans keçirəcək. Bu barədə Uorlik şəxsi "Tvitter" ünvanında yazıb. Həmsədr qeyd edib ki, konfrans mayın 7-də "Dağlıq Qarabağ: Həll Yolları" adı altında baş tutacaq. Uorlikin sözlərinə görə, tədbir ABŞ-ın xarici siyasətinin əsas xəttini təşkil edir. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00