Marqvelaşvili: “Azərbaycan-Gürcüstan-Türkiyə ittifaqı bölgədə sabitliyə zəmanət verir”

"Azərbaycan, Gürcüstan və Türkiyənin birgə əməkdaşlığı bu üç ölkənin inkişafı ilə yanaşı, Avropa və Asiyanın rifahına da xidmət edir".  

APA-nın məlumatına görə, bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili üçtərəfli görüşün yekunlarına həsr olunan mətbuat konfransında deyib. O bildirib ki, sammit çərçivəsində üç ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi qərara alınıb: "Bu gün bizim həyata keçirdiyimiz birgə layihələr Xəzər dənizi, Qara dəniz və Aralıq dənizini birləşdirir. Ən əsası da odur ki, Azərbaycan-Gürcüstan-Türkiyə ittifaqı bölgədə sabitliyin qorunub saxlanmasına zəmanət verir. Bu, bizim iradəmizin və istəyimizin nəticəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00