Azərbaycan tərəfi İrəvandakı tədbirə qatılmaqdan imtina etdi

Konvensiyada iştirak edən Şərqi Avropa ölkələrinin milli orqanlarının nümayəndələrinin 13-cü görüşü keçirilib

İrəvanda Kimyəvi silahlar haqda Konvensiyada iştirak edən Şərqi Avropa ölkələrinin milli orqanlarının nümayəndələrinin 13-cü görüşü keçirilib.  Bu illik görüş üç gün davam edəcək. Ötən il görüş Xorvatiyada baş tutub. Bu ilki görüşdə 23 ölkədən nümayəndələr iştirak edirlər. Tədbirə Azərbaycanın da qatılması nəzərdə tutulsa da heç bir nümayəndə heyəti görüşdə iştirak etməyib.

Ermənistanın NATO-dakı missiyasının rəhbəri Samvel Mkrtçyan jurnalistlərə açıqlamasında ötən il dünyada kimyəvi silahın qadağası üzrə təşkilatın rolunun artdığını deyib. Mkrtçyan söyləyib ki, Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilat 2013-cü ilin Nobel Sülh Mükafatına layiq görülüb.

Görüşdə mövcud problemlər və onların birgə həlli yolları, təcrübə mübadiləsinin imkanları və regional əməkdaşlığı qaydaya salma kimi məsələr müzakirə ediləcək. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00