Pakistan mətbuatı Azərbaycandan yazdı
6 May 2014 15:05 SiyasətPakistanın ingilis dilində yayımlanan nüfuzlu "The İnternational News" qəzeti "Heydər Əliyev Su Təchizatı layihəsi"nin açılış mərasimindən bəhs edən "Azərbaycan Fondu Tankda su təchizatına başlayıb" sərlövhəli məqalə dərc edib. "OLAYLAR"-ın xəbərinə görə, məqalədə, layihənin Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirildiyi xüsusi vurğulanır. Yazıda həmçinin açılış mərasimindəki çıxışlara yer verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00