Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin sammiti başlayıb
6 May 2014 13:52 SiyasətTiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə sammit başlayıb. "2014 Tiflis sammiti" adlı təbdir Gürcüstan parlamentinin Milli Kitabxanasında keçirilir.
Sammitə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdulla Gül və Gürcüstan prezidenti Georgi Marqvelaşvili qatılıb. Sammitdə son 20 ildə iqtisadi, ticarət, nəqliyyat və enerji sahəsində əməkdaşlığın nəticələri nəzərdən keçirilir, cari və planlaşdırılmış gələcək layihələr müzakirə edilir.
Xatırladaq ki, "2014 Tiflis sammiti" Georgi Margvelashvilinin Azərbaycan və Türkiyəyə səfərləri zamanı planlaşdırılıb. apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00