Zərif: “Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli vacibdir”
6 May 2014 13:47 SiyasətTehranda erməni həmkarı Edvard Nalbandyanla görüşən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinin vacib olduğunu deyib. İranlı nazir regional münaqişələrin həllində prinsipial mövqedə dayandıqlarını əlavə edib. Zərifin sözlərinə görə, qonşu ölkələrlə əməkdaşlıq İran üçün əsas prioritetlərdən biridir: "İran regionda sülhün qorunmasında qonşu ölkələrə kömək etməyə hazırdır". ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00