Norveç millət vəkili Dağlıq Qarabağ məsələsindən danışdı
6 May 2014 13:39 SiyasətDiaspor Jurnalistləri Birliyi "Azərbaycanın xaricdəki əcnəbi dostları" adlı yeni layihəyə start verib. Layihə DJB-ın ictimai təşəbbüsü əsasında həyata keçirilir. Məqsəd əcnəbi dövlət və ictimai xadimlərlə münasibətlərin yaradılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Əsas hədəflərdən biri də xaricdə Azərbaycana diqqətin daha da artırılmasıdır. Layihə çərçivəsində DJB tərəfindən Azərbaycana rəğbəti olan siyasətçi, jurnalist, yazıçı və s. fikir adamlarından müsahibələr hazırlanacaq. DJB-ın ilk müsahibi isə Norveçdə yaşayan Pakistan əsilli işadamı və millət vəkili Əmir Cavad Şeyxdir. Norveçdə çoxlu sayda azərbaycanlı dostunun olduğunu deyən Şeyx Dağlıq Qarabağ münaqişəsindən də danışıb. O, qeyd edib ki, Dağlıq Qarabağ Ermənistanın işğalı altındadır: "Qarabağın işğal altında olması Azərbaycanın iqtisadiyyatına zərər verir, halbuki zəngin bir neft ölkədir. Azərbaycanın demokratik bir hakimiyyəti var. Norveçdə Azərbaycan neft ölkəsi kimi tanınır. Bunu da əlavə demək istəyirəm ki, Norveçdə bir neçə türk və Azərbaycan tədbirinə qatılmışam və hər il qatılmağa çalışıram. Cavad Şeyxin sözlərinə görə, Norveç Dağlıq Qarabağın Ermənistan aid olmasını qəbul etmir. O, Norveçin gələcəkdə bu məsələnin sülh yoluyla həlli üçün dəstək verəcəyinə ümid edib: "Yaxın azərbaycanlı dostlarım burda bu məsələ üçün çox çalışır". ("OLAYLAR İA).