Rüşvətxorluqda şübhəli bilinən nazirlər parlamentdə müzakirə olundular
Şübhəli bilinən Müəmmər Gülər, Egemən Bağış, Zəfər Çağlayan və Ərdoğan Bayraktar ittihamları qəbul etməyib
6 May 2014 10:36 SiyasətRüşvətxorluqda şübhəli bilinən türkiyəli nazirlərin məsələsi Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə olunub. Rüşvətxorluqda şübhəli bilinən nazirlər arasında sabiq daxili işlər naziri Müəmmər Gülər, sabiq Avropa Birliyi naziri Egemən Bağış, sabiq iqtisadiyyat naziri Zəfər Çağlayan və Çevrə Şəhərləşmə naziri Ərdoğan Bayraktar var. Milli Məclisin iclasında nazirlər onlara qarşı sürülən ittihamlara etirazlarını bildiriblər."Dəyərli dostlarım bu sorğu başlanğıcdan indiyə kimi, hətta proses zamanı bir sıra hüquqsuzluq, səlahiyyətlərin aşılması, qanunlara bariz şəkildə zidd olan yanlışlıqlarla doludur. Bu araşdırma ədalətsiz xüsusiyyətə malik olmaqla yanaşı, əvvəlcədən qurulan ssenarinin bir hissəsidir və məqsədi hökumət və mənimlə əlaqədar mənfi fikir yaratmaqdır" - deyə sabiq daxili işlər naziri Müəmmər Gülər bildirib.Sabiq Avropa Birliyi naziri Egemən Bağış isə bu cür iddialara cavab verdiyi üşün təəssüfləndiyini bildirib: "Doğrusu, bu tribunada belə bir çirkin, alçaqca hazırlanmış böhtanların hədəfində olmaqdan kədər hissi duyuram. 17 dekabrdan bu yana öz məqsədlərinə çatmaq üçün hər cür yoldan sitifadə edən gözü dönmüş bir təşkilatın sistemli olaraq etibarsızlaşdırma kampaniyasına məruz qaldım. Mənə, ailəmizə, partiyamıza, etibarımıza əvvəlcədən planlaşdırıldığı çox açıq olan bir linçləmə kampaniyası başladıldı. Hüququn əsas prinsiplərindən olan təqsirsizlik prezumsiyası ayaqlar altına alındı"]Sabiq iqtisadiyyat naziri Zəfər Çağlayan isə baş verənlərə baxmayaraq bu ölkəyə canının fəda olduğunu deyib: "17 dekabrda başladılan etibarsızlaşdırma kampaniyası ilə qarşı-qarşıya qaldıq. Proses ərzində qarşımıza hər cür böhtan, yalan, qanunsuz dinləmələr və montajlar çıxarıldı. İctimaiyyət bu prosesi ibrət alaraq izlədi. Böyük yalanlarla qarşı-qarşıyayıq. Ancaq yenə də bu ölkə üçün canımız fəda olsun".17 dekabrda sözügedən nazirlər rüşvətxorluq ittihamları ilə əlaqədar istintaqa cəlb olunmuş, əleyhlərinə tutarlı dəlillər aşkarlanmadığı üçün sərbəst buraxılmışdırlar. Nazirlər istintaqa cəlb olunduqdan sonra vəzifələrindən istefa verdilər. Məhkəmə prosesi hələ ki, davam edi