QHT-lərdən etiraz bəyanatı
5 May 2014 18:44 SiyasətAzərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu ANS ÇM radiosunda erməni mahnılarının səsləndirilməsi ilə bağlı etiraz bəyanatı yayıb. "OLAYLAR"-a daxil olan bəyanatın mətnində qeyd edilib ki, ANS ÇM radiosunun efirində şənbə günləri ("Qafqaz TOP-20″ mahnı verilişində, örnəyi, 06, 12, 19 və 26 aprel 2014-cü ildə digər xalqların musiqiləri, mahnıları ilə yanaşı) erməni mahnılarının da səsləndirilməsinə ictimaiyyətimizdə haqlı narazılıq müşahidə olunmaqdadır. Bu narazılığı, narahatlığı bölüşən Milli QHT Forumu bütün haqlı etirazlara baxmayaraq, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan ANS ÇM rəhbərliyinin belə həssas məsələyə etinasız münasibət bildirməsini qəbuledilməz sayır: "Biz sıralarında 635 QHT-ni birləşdirən Milli QHT Forumu olaraq, bu hala öz acı təəssüfümüzü və etirazımızı bildiririk. Milli QHT Forumu inanır ki, ANS rəhbərliyi bu məsələ ilə bağlı ictimaiyyətin münasibətini, nəhayət nəzərə alacaq, öz münasibətsiz münasibətini dəyişəcək".