Avropa Şurası Nazirlər Komitəsinə sədrlik Azərbaycana KEÇİR
5 May 2014 18:04 SiyasətNazir Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə 5-6 may tarixlərində Vyana şəhərində keçiriləcək Avropa Şurası Nazirlər Komitəsinin 124-cü sessiyasında iştirak etmək üçün Avstriyaya yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə sessiyada Avropa Şurasının Nazirlər Komitəsinin sədrliyi Avstriyadan Azərbaycana keçəcək.
Sessiya çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışları və ikitərəfli görüşləri nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00