ADP müxalifəti susqunluqda qınayır

Azərbaycan Demokrat Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan "OLAYLAR"-a verilən məlumata görə, toplantı iştirakçıları Ukrayna ətrafında cərəyan edən hadisələrdən, xüsusilə Odessada seperatçı qüvvələrlə Ukrayna hərbiçiləri arasında baş verən toqquşma nəticəsində çoxsaylı insanın faciəli şəkildə həlak olmasından təəssüfləndiyini bildirib və Rusiyanın bu ölkənin suverenliyi və müstəqilliyi əleyhinə yönələn ilhaq və işğal siyasətini qətiyyətlə pisləyib. Partiya yetkililəri Qərbi, o cümlədən ABŞ-ı Ukraynaın suverenliyi və müstəqilliyi ilə bağlı yaranan rus təhlükəsinə qarşı adekvat reaksiya verməyə, Rusiyanın nəinki Ukraynanı, eləcə də keçmiş SSRİ məkanına dasxil olan digər müstəqil dövlətləri təhdid altında saxlayan imperialist dasvranışlarını önləyən daha ciddi və təsirli tədbirlər görməyə çağırıb. İdarə Heyəti Azərbaycanın müstəqiliyi suverenliyi üçün yaranan Rusiya təhlükəsi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir ki, dövlətin rəsmi siyasətinə zidd olaraq bəzi millət vəkillərinin və siyasi funksionerlərin Rusiyanın Krımı işğalını müdafiəsinə qalxması, Rusiyanın Azərbaycana hərbi müdaxiləsinə yol aça biləcək rus vətəndaşlığının qəbul edilməsi, rus imperiyasının və seperatizminin simvolu olan "Georqiyev lenti"nin paylanması, Azərbaycan mətbuatında Rusiyanı haqlı tərəf kimi göstərmək cəhdləri, rus qoşunlarının Azərbaycanda yerləşdirilməsi və suverenlikdən könüllü imtina edilməsi ilə bağlı fikirlər dövlətçilik və milli maraqlarımıza təhlükə törədəcək proseslərin başlanmasından xəbət verir. ADP Azərbaycan müxalifətini bu təzahürlərə qarşı susqunluq nümayiş etdirməsini də yanlış hesab edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00