Qənirə Paşayeva Şuşanın işğalından danışacaq

Mayın 8-də BMT-nin təşkilatçılığı ilə qadın problemlərinə həsr olunmuş tədbir keçiriləcək. Tədbirdə dünyanın 36 ölkənin nümayəndələri iştirak edəcəklər. Azərbaycanı isə millət vəkili Qənira Paşayeva təmsil edəcək. Bu barədə məlumat verən millət vəkilinin sözlərinə görə, tədbirdə Şuşanın Ermənistan tərəfindən işğal olunması ilə bağlı məsələ qaldıracaq, qaçqın və məcburi köçkün qadınlarının problemlərini qabardacaq. Həmçinin tədbir zamanı iştirakçılara Şuşanın işğalını əks etdirən təbliğat materialları paylanacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00