“Putin Ukraynadan Rusiyaya ölü daşıtdıracaq” - AÇIQLAMA
Ərəstun Oruclu: “Çünki bu ona ən azı generalları susdurmağa və küncə sıxmağa əsas verəcək”
5 May 2014 17:36 Siyasət"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu növbəti dəfə Ukraynada baş verən prosesləri dəyərləndirib. Ə.Oruclu bildirib ki, Ukrayna qətiyyətli addımlar atmağa başlayandan Putin çox ağır seçimlə üz-üzə qaldı. Politoloqun sözlərinə görə, Putin ya geri çəkilmək, ya da Ukraynaya hücum edib, işğalı davam etdirmək seçimini edə bilər: "Hər iki variantın da öz xoşagəlməz nəticələri olacaq. Variant 1: müharibəyə başlayırsan, qalib də gəlirsən, amma partizan müharibəsi, diversiyalar nəticəsində Ukraynadan Rusiyaya ölü daşınır. Variant 2: müharibəyə başlamırsan, geri çəkilirsən və qalırsan hələ burnu ovulmamış iddialı rus generallarının qarşısında aciz. Yəqin ki, Putin də ölçüb-biçib birinci variantı seçəcək, çünki bu ona ən azı generalları susdurmağa və küncə sıxmağa əsas verəcək. Yəni ki, mən qərarı verdim, sizin isə bacardığınız bu oldu. Nə olsun ki, arada 5-10 min rus və ukraynalı öləcək?" ("OLAYLAR" İA)