Rövşən Rzayev: “Xalq diplomatiyası” adı altında atılan istənilən addım özfəaliyyətdir”
5 May 2014 17:35 Siyasət"Xalq diplomatiyası" Dağlıq Qarabağın Azərbaycanlı İcması üçün vacib amildir. Ona görə də Dağlıq Qarabağın Azərbaycanlı İcması erməni icması ilə görüşdə maraqlıdır". Bunu deyən millət vəkili, Dağlıq Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvü Rövşən Rzayevin sözlərinə görə, dünyaya çatdırmaq lazımdır ki, orada təmsil olunanalar dövlət yox, icmalardır: "Bu icmalar bir yerdə yaşamağa məhkumdurlar. Ondan ötrü hər iki icmanın rəhbəri bir araya gəlməlidir. Əgər onlar ümumi razılığa gələ bilsələr hansısa nəticəyə nail olmaq mümkündür". R.Rzayev əlavə edib ki, bundan başqa "xalq diplomatiyası" adı altında atılan istənilən addım özfəaliyyətdir: "Özfəaliyyət isə təbii ki, qrant şərtləri əsasında fəaliyyət göstərir. Nəticədə düşmən ölkənin xüsusi xidmət orqanlarının təsiri altına düşür. Bu isə Azərbaycanın Dağlıq Qarabağla bağlı ümumi siyasətinə mane olur. Dövlətçiliyi nəzərə almadan belə fəaliyyət göstərmək ölkəmizin gələcəyinə böyük zərbədir".