Çingizin cəsədi üzərində erməni sevgisi
2 May 2014 17:06 SiyasətANS Şirkətlər Qrupunun son hərəkəti ictimaiyyətin kəskin narazılığına səbəb olub. Məsələ bundan ibarətdir ki, ANS ÇM radiosunda hər həftənin şənbə günləri saat 19.00 və 20.00 arası efirə "Qafqaz top 20" musiqili verilişi gedir. Həmin verilişdə erməni müğənnilərinin mahnıları səsləndirilir. Bununla bağlı etiraz bəyanatlarına ANS rəhbərinin müşaviri Mais Məmmədovun əndrabadi cavabı ictimaiyyəti daha da qəzəbləndirib. Sovet dövründə ORT-nin Bakı təmsilçisi olmuş və başında beynəlmiləlçi hava qalmış Mais müəllim deyib ki, "kim istəyir, kanalı dəyişsin, verilişə baxmasın".
Əvvala, hansısa tele və ya radio kanalının bu cür açıqlaması etik deyil və qanunsuzdur. Belə çıxır ki, hansısa televiziya efirində işğalçı dövlətin və ya hansısa terrorçu təşkilatın bəyanat və xəbərlərinə yer verir, sonra deyir ki, kim istəyir baxmaya bilər. Belədirsə, ANS rəhbərliyi 2000-ci illərdə Rusiya telekanallarının adi tezlikdə yayınlanmasına nədən etiraz edir, "informasiya təhlükəsizliyi pozulur" deyə yaxa yırtırdı? Onda da deyərdilər ki, kim istəyir ORT-yə, RTR-ə baxmasın.
ANS-in ən böyük biabırçılığı erməni mahnısını efirində səsləndirməsidir. Son illər ermənilər dəfələrlə yerli və xarici səhnələrdə Azərbaycan mahnılarını, Azərbaycan incəsənəti nümunələrinə oğurlayıb, öz adlarına çıxıblar. İnternet Azərbaycanı, azərbaycanlıları, Azərbaycan kişisini, qadınını, əsgərini ələ salan erməni cizgi filmləri ilə doludur. Onlara baxanda ermənilərin Azərbaycana, türklərə nə qədər nifrət etdiyinin şahidi olursan. Bütün bunlar onu göstərir ki, Qafqaza gəlmə olan ermənilər bu bölgənin xüsusiyyətini əxz edə bilməyiblər. Onlarda kişilik, mərdlik kimi keyfiyyətlər yoxdur. Ümumiyyətlə bu xalq sülhə və dinc yanaşı yaşamağa hazır deyil. Bu halda hansı "sülhpərvər missiyadan", "mədəniyyətlərarası dialoqdan", "mədəniyyətlərin qarşılıqlı təbliğindən" danışmaq olar? ANS-in bu hərəkəti "xalq diplomatiyası" adı altında xarici fondların maliyyə dəstəyi ilə Ermənistana səfər edən hüquq müdafiəçilərindən heç nə ilə fərqlənmir. ANS efirində onlara dəfələrlə sərt tənqidlərə, bəzən də Mirşahinin təhqirli atmacalarına məruz qalıblar. Nə baş verir, ANS "vətənpərvər imicini" dəyişməyəmi qərar verib?
Telekanal rəhbərliyi Ermənistanın Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğalda saxladığı, Xocalı, Qaradağlı və digər bu kimi tarixə qanlı hərflərlə yazılmış soyqırımlara görə cavab vermədiyi müddətcə erməni mahnılarını efirdən yaymağın və bunu normal hal kimi qiymətləndirməyin ən azı şəhidlərimizin ruhuna hörmətsizlik olduğunu bilmirmi?
ANS "vətənpərvər telekanal" imicini 1992-ci ildən formalaşdırmağa başlayıb. 1992-ci ildə Çingiz Mustafayev Qarabağ torpaqlarında şəhid oldu. O vaxtdan ANS həm də vətən uğrunda şəhid vermiş telekanal kimi təqdim olunur. ANS son 20 ildə Çingizin idealları uğrunda mübarizə apardığını iddia edib. Mirşahin, digər jurnalistlər vətən, Qarabağ mövzusunda şərhlərini, söhbətlərini Çingizin adı ilə başlayıb, onun adı ilə də bitiriblər. Nə dəyişib? Çingizin qanı alınıbmı? Şuaş, Ağdam, Çingizin şəhid düşdüyü Naxçıvanik işğaldan azad olunubmu? Ermənilər sülhə doğru səmimi bir addım atıblarmı? Xeyr, atmayıblar. O zaman ANS-in bu hərəkətinin adı nədir? Çingiz Mustafayevin cəsədi üzərindən erməni sevgisinin nümayişi çox əcaib görünür. O zaman Vahid Mustafayev, Mirşahin Çingizin adı ilə etdikləri manipulyasiyalara son qoysunlar, qazandıqları sərvətdən imtina etsinlər. Rəsmən elan etsinlər ki, bu gündən "vətənpərvər telekanal" yox, beynəlmiləlçi, ermənilərlə dostluğu təbliğ edən media qurumudurlar.